O, hər gün şəhidlərin məzarlarını təmizləyir - VİDEO

10:04 05.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıt sakini Şamil Ələsgərov hər gün şəhərin Şəhidlər xiyabanını ziyarət edir, şəhid məzarlarını təmizləyir.

 

Hafta.az AzTV-yə istinadən xəbər verir ki, o, bu işlərinə görə şəhid ailələrinin sevimlisinə çevrilib.

 

Şamil təxminən 6 ildir, Aprel döyüşlərindən bu vaxtadək hər gün Sumqayıtdakı Şəhidlər xiyabanına gəlir, məzarların üstünü təmizləyir, bayraqları yeniləyir, bunu özünə borc bilir.

 

Şəhid valideynləri Şamili öz övladı kimi qəbul edir.